top of page

Haqqımızda

Aserbaidschanische Zahnmediziner in Deutschland e.V. (AZD) Almaniyada rəsmi qeydiyyatdan keçmiş, mərkəzi Berlin şəhərində yerləşən elm, təhsil, karyera və sosial yönümlü bir birlikdir. Təşəbbüsümüz 2019-cu ildə azərbaycanlı diş həkimlərini Almaniyadakı peşəkar yollarında dəstəkləmək arzusu ilə yaranmışdır. 2026-cı ildə isə AZD rəsmi Verein kimi qeydiyyatdan keçmiş və hüquqi struktur qazanmışdır.
 

Məqsədimiz Almaniyada fəaliyyət göstərən azərbaycanlı diş həkimlərini,  tələbələrini,  məzunlarını və bu sahəsində çalışan digər mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafını dəstəkləmək və Almaniyadakı Karyera yollarında onları müşayiət etməkdir.
 

AZD e.V. özünü bilik mübadiləsi, əlavə təhsil, inteqrasiya və həmkarlararası dəstək üçün peşəkar platforma kimi görür. Azərbaycan kökənli bir çox stomatoloq Almaniyada oxşar çətinliklərlə qarşılaşır: diplom tanınması prosesi, Fachsprachprüfung, Kenntnisprüfung, peşəyə başlama, əlavə təhsil, gündəlik klinik fəaliyyəti və uzunmüddətli karyera planlaması. AZD e.V. məhz bu mərhələlərdə istiqamət verməyi, bilikləri bir araya toplamağı və qarşılıqlı təcrübə mübadiləsini təşviq etməyi hədəfləyir.
 

Fəaliyyətimizin əsas istiqamətlərindən biri təhsil, mentorluq və peşəkar inkişafdır. Məlumatlandırıcı tədbirlər, seminarlar, həmkar görüşləri, təcrübə paylaşımları və şəbəkələşmə layihələri vasitəsilə üzvlərimizin peşəkar, dil və karyera bacarıqlarının inkişafına töhfə vermək istəyirik.
 

Bununla yanaşı, AZD e.V. Almaniyada azərbaycanlı stomatoloqların sosial və peşəkar inteqrasiyasını dəstəkləyir. Biz həmkarlar arasında, təcrübəli mütəxəssislərlə gənc məzunlar arasında, Almaniya ilə Azərbaycan arasında, eləcə də stomatoloji praktika, elm və təhsil sahələri arasında əlaqələr yaratmaq istəyirik.
 

Fəaliyyətimiz etimad, peşəkarlıq, qarşılıqlı hörmət və həmkarlararası birlik prinsiplərinə əsaslanır. AZD e.V. biliklərin paylaşıldığı, təcrübələrin ötürüldüyü və ortaq perspektivlərin formalaşdırıldığı bir məkan olmağı hədəfləyir.

Güclü peşəkar birlik yalnız fərdi karyera yolunu asanlaşdırmır, həm də Almaniyada stomatologiya sahəsinin keyfiyyətinə, inteqrasiyasına və inkişafına dəyərli töhfə verir.


Aserbaidschanische Zahnmediziner in Deutschland e.V (AZD)
Berlin 2026

IMG_2054_edited.jpg

Address

Cambridger Str. 38
13349 Berlin

Telefon

+49 30 33 9459 33

Email

Social Media

  • Whatsapp
  • LinkedIn
  • Facebook
  • Youtube
  • Instagram

 

© 2026 AZD e.V tərəfindən dəstəklənir və qorunur

 

bottom of page