top of page

Xoş gəlmişsiniz!

AZD e.V.-nin təsis yığıncağından bir xatirə şəkili
 

Almaniyada yaşayan, çalışan və karyera qurmaq istəyən azərbaycanlı diş həkimlərini bir araya gətirən ilk rəsmi birlikdir. 

2019-cu ildən qeyri-rəsmi fəaliyyət göstərən AZD, artıq Aserbaidschanische Zahnmediziner in Deutschland e.V adı ilə Berlin şəhərində Amtsgericht Charlottenburgtərəfindən Vereinsregister
VR 42353 B
nömrəsi ilə qeydiyyata alınmışdır.
 

  • Aserbaidschanische Zahnmediziner in Deutschland e.V (AZD) Almaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı diş həkimlərini, diş həkimliyi sahəsində təhsil alanları və bu sahəyə bağlı peşəkarları bir araya gətirən, təhsil yönümlü, müstəqil və ictimai faydalı bir birlikdir.
     

  • Birliyimizin əsas məqsədi azərbaycanlı diş həkimlərinin Almaniyada peşəkar və sosial inteqrasiyasını dəstəkləmək, onların Almaniya cəmiyyətinə uyğunlaşmasına, peşəkar inkişafına və həmkarlararası əlaqələrinin güclənməsinə töhfə verməkdir. 
     

  • AZD e.V olaraq biz Almaniyada çalışan və ya karyera qurmaq istəyən azərbaycanlı diş həkimləri üçün etibarlı bir platforma yaratmağı hədəfləyirik. Bu platforma vasitəsilə bilik və təcrübə mübadiləsi, peşəkar şəbəkələşmə, mentorluq və maarifləndirici fəaliyyətlər sistemli şəkildə həyata keçirilir.

IMG_1916_edited.jpg

Sədr

Parviz Rahimli

Strateji idarəetmə, birliyin təmsil olunması və əsas layihələrin koordinasiyası.

Design ohne Titel_edited.jpg

Sədr müavini

Chinara Alifova

Maliyyə, idarəetmə, protokollar və müvafiq sənədlərin hazırlanması.

Design ohne Titel-2_edited.jpg

Sədr müavini

Araz Abdulaevi

Üzvlərlə əlaqə, qeydiyyat, kommunikasiya və sosial tədbirlərin təşkili.

Almaniyadakı Azərbaycanlı Diş Həkimləri
- Rəqəmlərlə qısa statistika -

+108

Ümumi diş həkimlərimizin
sayı

+33

Berufserlaubnis sahibi həkim sayı

+18

Praxis sahibi həkimlərimiz

+4

Oralcərrahiyə üzrə mütəxəssis sayı

+46

Approbation sahibi həkim sayı

+2

Ortodontiya üzrə mütəxəssis sayı

Niyə AZD e.V.-yə üzv olmalıyam?

AZD e.V.-yə üzv olaraq Almaniyada azərbaycanlı stomatoloqlardan ibarət ilk rəsmi peşəkar birliyin və güclü icmanın bir hissəsi olursunuz.
 

Üzvlərimiz həm Almaniyada, həm də Azərbaycanda peşəkar bilik mübadiləsindən, şəbəkələşmə tədbirlərindən, seminar və mentorluq imkanlarından, həmçinin həmkarlararası dəstəkdən faydalana bilirlər. AZD e.V. üzvlərə Anerkennung, Fachsprachprüfung, Weiterbildung, işə başlama və karyera inkişafı kimi mövzularda istiqamət verir.
 

Birlikdə bilikləri paylaşmaq, təcrübələri ötürmək və Almaniyada azərbaycanlı stomatoloqların peşəkar və sosial inteqrasiyasını gücləndirmək istəyirik.

test
test1

Məqsədimiz

AZD e.V.-nin məqsədi Almaniyada azərbaycanlı diş həkimlərinin və stomatologiya sahəsində çalışan mütəxəssislərin peşəkar və sosial inteqrasiyasını dəstəkləməkdir.
 

Biz seminarlar, məlumatlandırıcı tədbirlər, təlimlər, mentorluq və şəbəkələşmə layihələri vasitəsilə bilik və təcrübə mübadiləsini gücləndiririk.
 

AZD e.V. Almaniya və Azərbaycan arasında stomatologiya sahəsində peşəkar əlaqələrin inkişafına, həmkarlararası dəstəyə və güclü bir stomatoloji icmanın formalaşmasına töhfə verməyi hədəfləyir.

Address

Cambridger Str. 38
13349 Berlin

Telefon

+49 30 33 9459 33

Email

Social Media

  • Whatsapp
  • LinkedIn
  • Facebook
  • Youtube
  • Instagram

 

© 2026 AZD e.V tərəfindən dəstəklənir və qorunur

 

bottom of page