top of page

Almaniyada Azərbaycanlı Diş Həkimlərinin 1-ci İllik Konfransı

28 noy, Ş.

|

Ocak Hotel

AZD e.V.-nin 1-ci illik konfransı Almaniyadakı stomatoloqlar üçün maraqlı mühazirələr, dəyərli təcrübə mübadiləsi və müxtəlif şəbəkə imkanları təklif edir.


Biletlər satışda deyil
Almaniyada Azərbaycanlı Diş Həkimlərinin 1-ci İllik Konfransı
Almaniyada Azərbaycanlı Diş Həkimlərinin 1-ci İllik Konfransı

Time & Location

28 noy 2026, 12:00 – 20:00

Ocak Hotel, Jülicher Str. 15, 13357 Berlin, Deutschland

About the event

AZD e.V.-nin 1-ci İllik Konfransı

AZD e.V.-nin 1-ci İllik Konfransı peşəkar bilik və təcrübə mübadiləsi, şəxsi tanışlıqlar və davamlı əməkdaşlıq üçün təşkil olunur. Tədbir Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən diş həkimlərini, ixtisas təhsili alan həkimləri, stomatologiya tələbələrini və bu sahədə çalışan digər mütəxəssisləri bir araya gətirəcək.

Saat 12:00-dan 16:00-dək davam edəcək rəsmi proqramda elmi çıxışlar, praktik təcrübələrin paylaşılması və panel müzakirələri yer alacaq. Mövzular arasında AZD e.V.-nin gələcək planları, Almaniyada fəaliyyət göstərən diş həkimlərimizin elmi və peşəkar təcrübələri, klinika sahiblərinin təcrübə paylaşımı, şəxsi stomatoloji klinikanın yaradılması, həmçinin Approbation-dan əvvəl və sonrakı karyera imkanları olacaq.

Konfrans iştirakçılara fikir mübadiləsi aparmaq və yeni peşəkar əlaqələr qurmaq imkanı da verəcək. Məqsədimiz Almaniyadakı azərbaycanlı stomatologiya mütəxəssisləri arasında əməkdaşlığı gücləndirmək, ortaq layihələrə zəmin yaratmaq və uzunmüddətli peşəkar şəbəkə formalaşdırmaqdır.

Saat 17:00-dan etibarən tədbirin qeyri-rəsmi hissəsi başlayacaq. Musiqi, birgə yemək və içkilərlə müşayiət olunan səmimi atmosferdə iştirakçılar yeni tanışlıqlar qura və konfrans zamanı başlayan söhbətləri davam etdirə biləcəklər.


Share this event

Address

Cambridger Str. 38
13349 Berlin

Telefon

+49 30 33 9459 33

Email

Social Media

  • Whatsapp
  • LinkedIn
  • Facebook
  • Youtube
  • Instagram

 

© 2026 AZD e.V tərəfindən dəstəklənir və qorunur

 

bottom of page